Medianews.az
İspaniya millisinin baş məşqçisi:
66 baxış

İspaniya millisinin baş məşqçisi: "Bu barədə dsanışmaq peşəkarlıq deyil"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın yarımfinalında Fransa ilə mümkün matç barədə danışmağın hələ tez olduğunu bildirib.

Medianews.az xəbər verir ki, mütəxəssis hazırda bütün diqqətlərini 1/4 finaldakı Belçika oyununa yönəltdiklərini vurğulayıb.

"Ağlımızda yalnız Belçika ilə matç var. Müşahidəçi kimi Fransa ilə mümkün qarşılaşma barədə danışa bilərik, amma peşəkar olaraq yox. Fransanın Mərakeşə qalib gəldiyi oyunu izlədik və onların rəqibdən üstün olduqlarını düşünürəm", - deyə Luis de la Fuente bildirib. 

Qeyd edək ki, iyulun 9-da Mərakeşə 2:0 hesabı ilə qalib gələn Fransa artıq yarımfinala yüksəlib. İspaniya isə yarımfinal uğrunda bu gün Belçika ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun