Medianews.az
Kütləvi PUA hücumu sonrası Krımda
101 baxış

Kütləvi PUA hücumu sonrası Krımda elektrik kəsintiləri yaşandı

Ukrayna iyunun 23-nə keçən gecədən etibarən ilhaq edilmiş Krıma kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.

Medianews.az xəbər verir ki, zərbə Kerçdəki Arşintsevo rayonunda yerləşən İES-ə endirilib.

Nəticədə İES-də güclü yanğın baş verib, yarımadanın yarısı işıqsız qalıb.

Həmçinin peyk çəkilişi məlumatlarına əsasən, təxminən 47 kilometr uzunluğunda tüstü zolağı qeydə alınıb.

Krım "hakimiyyəti" "elektrik şəbəkələrindəki texnoloji pozuntular" səbəbindən elektrik enerjisinin kəsildiyini bildirib. Elektrik təchizatının sutka ərzində bərpa olunacağı vəd edilir.

Eyni zamanda, Ukrayna dronlarının zərbələri Sovetski rayonundakı "Nasosnaya-2" yarımstansiyasında yanğına səbəb olub. Daha sonra yarımada sakinləri "TES-Terminal" neft məhsullarının saxlanılması kompleksinə hücum edildiyini bildiriblər./Axar.az

Bizə qoşulun