Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin uşaqlıq illərində yazdığı məktub fevralın 27-də hərraca çıxarılacaq.
Medianews.az xəbər verir ki, məktuba təkliflərin 4 min funt-sterlinqə qədər yüksələcəyi gözlənilir.
Məktub kraliçanın Royal Loc iqamətgahındakı keçmiş baş xidmətçisi Beatriça Stillmana ünvanlanıb. Yazıda itlər, atlar və uşaqlara aid rəsmlər yer alır. Elizabet həmçinin quşların və akvarium balıqlarının vəziyyəti ilə bağlı suallar ünvanlayıb. Məktubda onun topladığı və Royal Loc malikanəsinin işçiləri arasında bölüşdürülməsini istədiyi çiçəklərdən də bəhs olunur.
Bildirilir ki, şahzadə Elizabet məktubu 1936–1940-cı illərdə Kornuollda olduğu dövrdə, təxminən 10-12 yaşlarında yazıb.
Hanson Hərrac Evinin əməkdaşı Castin Metyus bildirib ki, 27 illik beynəlxalq satış təcrübəsində bu qədər təsirli eksponat görməyib.
1926-cı il təvəllüdlü Elizabet 2022-ci ildə vəfat edib.
Medianews.az

