Medianews.az
Şok görüntülər! Məşhur aktyor vəhşicəsinə döyüldü -
55 baxış

Şok görüntülər! Məşhur aktyor vəhşicəsinə döyüldü - VİDEO

Dünyaca məşhur amerikalı aktyor Shia LaBeouf barda baş verən insidentlə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, aktyor gecə saatlarında əyləndiyi bir məkanda digər bir müştəri ilə mübahisə edib və hadisə qısa zamanda fiziki qarşıdurmaya çevrilib.

Şahidlərin sözlərinə əsasən, tərəflər arasında əvvəlcə şifahi mübahisə yaşanıb. Gərginlik artdıqdan sonra dava baş verib və LaBeouf-un mübahisə zamanı hücuma məruz qaldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanları tərəfləri ayıraraq vəziyyəti nəzarətə götürüblər. Aktyor dindirilmək üçün saxlanılsa da, qısa müddət sonra sərbəst buraxılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Rəsmi qurumlar insidentin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaqın davam etdiyini bildiriblər.

Qeyd edək ki, LaBeouf əvvəllər də ictimai qalmaqallar və məhkəmə prosesləri ilə bağlı xəbərlərdə yer alıb. Son hadisə onu yenidən beynəlxalq medianın diqqət mərkəzinə gətirib.

Medianews.az

Bizə qoşulun