Medianews.az
Sevgilisini dağın başında ölümə tərk etdi -
38 baxış

Sevgilisini dağın başında ölümə tərk etdi - FOTO

Avstriyanın ən yüksək zirvəsi olan Grossglockner dağında hipotermiyadan ölən 33 yaşlı Kerstin G.-nin ölümü ilə bağlı məhkəmə prosesi fevralın 19-da başlayır.

Medianews.az xəbər verir ki, onun sevgilisi, alpinist Tomas P. “kobud səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq” ittihamı ilə mühakimə olunacaq.

3798 metr hündürlüyə malik zirvədə baş verən faciə təkcə Avstriyada deyil, beynəlxalq alpinizm ictimaiyyətində də geniş rezonans doğurub.

Prokurorluğun iddiasına görə, Tomas P. turu planlaşdıran və idarə edən şəxs kimi “məsul bələdçi” hesab edilməlidir. Bildirilir ki, o, Kerstin G.-nin yüksək hündürlüklü və çətin qış alpinizmi təcrübəsinin kifayət etmədiyini bildiyi halda səfəri təşkil edib.

İttihamnamədə qeyd olunur ki, təqsirləndirilən şəxs əvvəldən doqquz ciddi səhvə yol verib. Bunlara gec yola düşmək, lazımi təcili düşərgə və xilasetmə avadanlığını götürməmək, həmçinin Kerstin G.-nin qarışıq və buzlu ərazilər üçün yararsız hesab edilən yumşaq snoubord çəkmələri geyinməsinə icazə vermək daxildir.

Webcam görüntülerinden alınan bu karede, çiftin 18 Ocak saat 21.00'de hala tırmanmaya devam ettiği görülüyor.

Prokurorlar həmçinin iddia edirlər ki, küləyin sürəti saatda 74 kilometrə çatdığı və havanın temperaturunun -8 dərəcə (hiss olunan -20 dərəcə) olduğu şəraitdə geri dönmək qərarı verilməyib.

İddialara görə, cütlük yanvarın 18-i axşam saatlarında hələ də dağda olub. Prokurorluq bildirir ki, Tomas P. saat 20:50-də polisə zəng etməyib və 22:50-də başlarının üzərindən keçən polis vertolyotuna siqnal verməyib.

Təqsirləndirilən şəxs isə yanvarın 19-u saat 00:35-də dağ polisinə zəng etdiyini deyir. Onun vəkili Karl Jelinek zəng zamanı kömək istənildiyini iddia edir. Polis isə Tomas P.-nin daha sonra telefonunu səssiz rejimə keçirdiyini və gələn zənglərə cavab vermədiyini bildirir.

Prokurorların versiyasına görə, cütlük zirvəni simvolizə edən xaçdan təxminən 40 metr aşağıda olub. Kerstin G. hərəkət edə bilməyəcək qədər yorulduqdan sonra Tomas P. onu gecə saat 02:00 radələrində tək qoyaraq kömək istəmək üçün enişə başlayıb.

Webcam görüntülerinde Thomas P'nin elinde fenerle zirveden aşağı indiği net bir şekilde görülüyor.

Veb-kamera görüntülərində onun əlində fənərlə zirvədən enməsi görünür.

İttiham tərəfi bildirir ki, Tomas P. sevgilisini soyuqdan qorumaq üçün alüminium xilasetmə yorğanı kimi avadanlıqlardan istifadə etməyib və təcili xidmətlərə xəbər vermək üçün səhər saat 03:30-a qədər gözləyib. Güclü külək səbəbindən gecə saatlarında vertolyotla xilasetmə əməliyyatı mümkün olmayıb. Kerstin G. buzlu yamacda həyatını itirib.

Tomas P. ittihamları rədd edir. Onun vəkili Karl Jelinek hadisəni “faciəvi qəza” kimi qiymətləndirir və bildirir ki, cütlük dırmanışı birlikdə planlaşdırıb, hər ikisi özlərini kifayət qədər təcrübəli və fiziki baxımdan hazır hesab ediblər.

Tomas P. günahkar bilinərsə, üç ilə qədər həbs cəzası ala bilər. İşin nəticəsinin alpinizmdə fərdi risk və cinayət məsuliyyəti arasındakı sərhədlərin müəyyənləşdirilməsində mühüm presedent yaradacağı gözlənilir. Qərarın gələcək ekspedisiyalarda hüquqi məsuliyyət məsələlərinə təsir edəcəyi bildirilir.

Medianews.az

Bizə qoşulun