Medianews.az
Fişəng dükanında DƏHŞƏTLİ PARTLAYIŞ: 12 nəfər həlak oldu -
49 baxış

Fişəng dükanında DƏHŞƏTLİ PARTLAYIŞ: 12 nəfər həlak oldu - VİDEO

Çinin mərkəzində yerləşən Hubei əyalətində fişəng dükanında baş verən güclü partlayış nəticəsində 12 nəfər həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə Xianqyanq bölgəsinin Zhenqji şəhərində günorta saatlarında qeydə alınıb.

Məlumata görə, partlayışın təsir dairəsi təxminən 50 metr diametrində olub. Partlayış zamanı mağazanın içində və ətrafında olan 12 nəfər həlak olub.

Hadisə ilə bağlı məlumatı Çinin rəsmi xəbər agentliyi Xinhua News Agency yayıb.

Bu partlayış Çində Ay təqvimi ilə qeyd olunan Yaz Bayramı tətili zamanı baş verən ikinci fişəng dükanı hadisəsidir.

Bundan əvvəl, fevralın 16-da, bayramın ilk günündə Çinin şərqində yerləşən Jiangsu əyalətindəki kəndlərin birində fişəng mağazasında partlayış baş vermiş, nəticədə 8 nəfər ölmüşdü.

Hadisədən sonra Çin Fövqəladə Hallar Nazirliyi bütün regional bölmələrə fişənglərin istehsalı, daşınması, satışı və istifadəsi ilə bağlı yoxlamaların artırılması barədə göstəriş verib.

Çin ənənəsinə görə Ay təqvimi ilə Yeni il genişmiqyaslı atəşfəşanlıqla qeyd olunur. Lakin son illərdə bir çox şəhərdə hava və səs-küy çirkliliyi, eləcə də yanğın təhlükəsi səbəbindən fişəng istifadəsinə məhdudiyyətlər tətbiq edilir.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Medianews.az

Bizə qoşulun