Medianews.az
Həbsxanada dəhşət:
89 baxış

Həbsxanada dəhşət: Kamera yoldaşını YEDİ

Çilidə bir məhbus kamera yoldaşını öldürüb və onun bədən hissələrini yeyib.

Medianews.az xəbər verir ki, hadisə La Serena şəhərindəki həbsxanaların birində baş verib.

Məlumata görə, əvvəl 21 yaşlı Manuel İqnasio Fuentes 26 yaşlı Felipe Sepulvedayı bıçaqla hücum edərək öldürüb. Sonra Fuentes məhrumun bədəninin bir hissəsini yeyib.

Fuentes bildirib ki, bu hadisə özünümüdafiə zamanı baş verib. O, kamera yoldaşının ona bıçaqla hücum etdiyini söyləyib və vəziyyətdən çıxmaq üçün belə hərəkət etdiyini deyib.

Fuentesin atası oğlunun şizofreniya xəstəsi olduğunu və həbsxanada ona xüsusi tibbi qulluq göstərilmədiyini vurğulayıb. Məhbusun sevgilisi də onun ruhi vəziyyətinin son vaxtlar pisləşdiyini və halüsinasiyalar gördüyünü təsdiqləyib.

Fuentes əvvəllər yaşlı bir qadını və onun doqquz yaşlı nəvəsini soyduğu üçün həbs edilib.

Medianews.az 

Bizə qoşulun