Medianews.az
“Yeraltı”da siyasi mesaj:
105 baxış

“Yeraltı”da siyasi mesaj: Uraz Kaygılaroğlundan Bahçeliyə efir üzərindən cavab

Türkiyədə yayımlanan “Yeraltı” serialında maraqlı hadisə yaşanıb. Milliyyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli bir müddət əvvəl serialın baş rol ifaçısı Uraz Kaygılaroğluna zəng edərək onu təbrik edib.

Medianews.az xəbər verir ki, bu barədə “SonDakika.com” məlumat paylaşıb.

Bahçeli bildirib ki, serialda türk gənclərinin zərərli vərdişlərdən uzaq durmasına yönəlmiş uğurlu yayım və nümunəvi ssenarinin ekranlaşdırılması onu məmnun edib. O, həmçinin kollektivə uğurlar arzulayıb və qəbul edəcəkləri təqdirdə onlara “bozqurd” tablosu hədiyyə etmək istədiyini qeyd edib.

Aktyordan cavab gecikməyib. NOW TV-də yayımlanan serialın son bölümündə Uraz Kaygılaroğlu canlandırdığı Bozo obrazı vasitəsilə Bahçeliyə mesaj göndərib. O, səhnədə “Tam ümidimi itirmişdim. Gördüm, gördüm bir dövlət var. Amma gizli, amma dərin bir dövlət var” sözlərini deyib.

Həmin səhnə qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Medianews.az

 

Bizə qoşulun