Medianews.az
Rövşən Əhmədov Ermənistanı QARIŞDIRIB:
133 baxış

Rövşən Əhmədov Ermənistanı QARIŞDIRIB: “Evimizdən çıxaq, gəlsinlər?”

Əslən Qərbi Azərbaycandan olan soydaşımız Rövşən Əhmədovun Ermənistanı qarış-qarış gəzməsi bu ölkənin mətbuatını bir-birinə vurub.

Musavat.com-un verdiyi xəbərə görə, erməni mediası ardıcıl olaraq ölkənin Daxili İşlər Nazirliyinə sorğular göndərir, rəsmi şəkildə aydınlıq gətirilməsini tələb edir. Lakin Ermənistan DİN Rövşən Əhmədovla bağlı heç bir açıqlama vermir.

Ermənistanın “Hraparak” nəşri yazır ki, internetdə geniş yayılmış video ciddi narahatlığa səbəb olub: “Videoda azərbaycanlıların Şirak bölgəsinə maneəsiz daxil olduqları, Gümrüyə və daha sonra Amasiyaya necə getdikləri göstərilir. Amasiyadan yayımlanan görüntülərdə onlar həmin yaşayış məntəqəsində babalarının evləri olduğunu bildirirlər və tezliklə qayıdacaqlarını qeyd edirlər. Videoda həmçinin erməni patrul xidməti əməkdaşı ilə necə danışdıqları da görünür. Gümrü sakinləri kimi Amasiya sakinləri də narahatlıqlarını gizlətmirlər. Onların sözlərinə görə, videoda görünən azərbaycanlının kim olduğunu hələ də dəqiq başa düşməyiblər. Sakinlərin sözlərinə görə, azərbaycanlılar bir neçə gündür Şirak bölgəsində olublar, yeyib-içiblər və kəndlərdə gəziblər”.

Soydaşımız Ermənistanda polislərlə üz-üzə gəldi - VİDEO | Modern.az

Erməni mediası yazır ki, üstəlik, Amasiya bələdiyyəsi susur və sakinlər qəzəblidir: “Təsəvvür edirsinizmi, o deyirdi ki, tezliklə gəlib dədə-baba yurdlarımızın sahibi olacağıq. Bəli, sovet illərində burada bir-iki Azərbaycan ailəsi yaşayırdı, bəs bu nə deməkdir ki, indi bura onların dədə-baba yurdlarıdır, gəlib araşdırma aparırlar. Təsəvvür edirsinizmi, bu gün Azərbaycana gedib belə açıqlamalar versək, bu hakimiyyət orqanları nə istəyir ki, biz evlərimizi tərk edib gedək gəlib yaşaya bilsinlər? Başa düşmürəm”.

Xatırladaq ki, Rövşən Əhmədov bundan əvvəl İrəvanın mərkəzindən və Gümrüdən paylaşımlar edib. O, əslən Ermənistanın Amasiya rayonunun Öksüz kəndindəndir və 1980-ci illərin sonunda etnik təmizləmələr zamanı doğma yurdunu tərk edib.

Bizə qoşulun