Medianews.az
Azərbaycanın əsas ixrac və idxal məhsulları -
114 baxış

Azərbaycanın əsas ixrac və idxal məhsulları - Rəsmi

2026-cı ilin yanvarında Azərbaycandan 2,2 milyard dollarlıq ixrac qeydə alınıb.

Medianews.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, bunun 1,9 milyard dolları neft-qaz sektorunun, 639,5 min dolları elektrik enerjisinin payına düşüb.

Qalan əsas ixrac məhsulları bunlardır:

meyvə-tərəvəz - 79,6 milyon dollar

kimya sənayesi məhsulları - 19,2 milyon dollar

alüminium və ondan hazırlanan məmulatlar - 17,3 milyon dollar

plastmas və onlardan hazırlanan məmulatlar - 16,04 milyon dollar

pambıq lifi - 12,4 milyon dollar

qara metallar və onlardan hazırlanan məmulatlar - 6,5 milyon dollar

alkoqollu və alkoqolsuz içkilər, sirkə - 4,9 milyon dollar

şəkər - 3,7 milyon dollar

sement - 3,3 milyon dollar

iplik pambıq - 3,1 milyon dollar

tərəvəz və meyvələrin emal məhsulları - 2,9 milyon dollar

bitki və heyvan mənşəli piylər və yağlar - 2,5 milyon dollar

çay - 570,03 min dollar.

İlk ayın idxalı 1,3 milyard dollar göstərilib, sıralama belə rəsmiləşib:

maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri - 306,2 milyon dollar

nəqliyyat vasitələri və onların hissələri - 204,1 milyon dollar

yeyinti məhsulları - 202,4 milyon dollar

əczaçılıq məhsulları - 47,3 milyon dollar

geyim və geyim üçün ləvazimatlar - 30,1 milyon dollar

oduncaq və ondan hazırlanan məmulatlar - 26,5 milyon dollar

mebel və onun hissələri - 8,25 milyon dollar

tütün və tütün məmulatları - 8,24 milyon dollar

gübrələr - 5,5 milyon dollar.

Medianews.az

Bizə qoşulun