Medianews.az
Amerikalı jurnalist İsraildə
53 baxış

Amerikalı jurnalist İsraildə tutulub?

"ABŞ-li jurnalist Taker Karlson Ben-Qurion hava limanında saxlanılmayıb".

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İsrail Hava Limanları İdarəsi bəyan edib.

"Karlson və onu müşayiət edənlər nə saxlanılıb, nə də dindiriliblər. Heç bir qeyri-adi hadisə baş verməyib. Bu məsələ ilə bağlı hər hansı digər iddiaları qəti şəkildə rədd edirik. Jurnalistə və onun yoldaşlarına müəyyən edilmiş prosedurlara uyğun olaraq nəzakətlə bir neçə standart sual verilib. Bu prosedurlar bir çox sərnişinə zaman-zaman tətbiq olunur. Söhbət onların (Karlson və onun yoldaşlarının - red.) məxfiliyini qorumaq üçün digər sərnişinlərin qarşısında deyil, VIP salonundakı xüsusi otaqda olub", - deyə idarədən bildirilib.

Qeyd edək ki, tanınmış jurnalist daha əvvəl "Daily Mail"ə bildirib ki, ABŞ səfiri Mayk Hakabidən müsahibə götürmək üçün getdiyi İsraili tərk edərkən pasportu alınıb və sorğu-sual edilib.

Bizə qoşulun