Bəzi mətbəx vərdişləri sağlamlığa ciddi zərər verə bilir.
Medianews.az xəbər verir ki, bu barədə sağlamlıq və təhlükəsizlik üzrə mütəxəssis Liza Akerli danışıb.
Onun sözlərinə görə, qabları çirkli mətbəx lavabosunda yumaq yanlışdır. Araşdırmalara əsasən, mətbəx səthlərində və lavabo unitaz oturacağından 44 dəfə çox bakteriya ola bilər. Lavabo isə ən çirkli yerlərdən biri sayılır.
Akerli vurğulayıb ki, qab yuyarkən əsas məsələ hərtərəfli təmizlikdir. Sadəcə ilıq suda yaxalamaq bakteriyaları tam aradan qaldırmır.
Ekspert həmçinin qab süngərlərini, doğrama lövhələrini və bıçaqları təhlükəli mikroorqanizmlərin əsas mənbəyi adlandırıb. Onun sözlərinə görə, doğrama lövhələri və bıçaqlar istifadə edildikdən dərhal sonra yuyulmalıdır. Süngərlərin isə mümkün qədər az istifadə olunması tövsiyə edilir.
Bundan başqa, qabları eyni dəsmal ilə dəfələrlə qurutmaq gigiyenik deyil. Bu, bakteriyaların yayılmasına səbəb ola bilər. Mütəxəssis hər dəfə təmiz dəsmaldan istifadə etməyi və ya qabları havada qurutmağı məsləhət görür.
Akerli qeyd edib ki, qabları bir gecə suda saxlamaq təhlükəli deyil. Sadəcə səhər suyu dəyişərək qabları yuyucu vasitə ilə yenidən yumaq kifayətdir.
Medianews.az