İngiltərədə köklü radiostansiyalardan biri texniki səhv nəticəsində canlı yayımda Kral III Çarlzın öldüyünü elan edib.
Medianews.az xəbər verir ki, hadisə ölkədə qısa müddətli çaşqınlıq yaradıb.
Məlumata görə, Radio Caroline adlı stansiyada kompüter xətası səbəbilə “rəsmi ölüm protokolu” təsadüfən aktivləşib.
Stansiya rəhbərliyi sonradan hadisənin texniki nasazlıqdan qaynaqlandığını açıqlayıb və həm kraldan, həm də dinləyicilərdən üzr istəyib. Bildirilib ki, sistemdə gələcəkdə mümkün monarx ölümü üçün saxlanılan avtomatik xəbərdarlıq səhvən işə düşüb.
Qısa müddətli panikadan sonra yayım qeydlərinin bir hissəsinin silindiyi açıqlanıb.
Hadisə baş verən zaman Kral Çarlz və Kraliça Kamilla Şimali İrlandiyada rəsmi səfərdə olublar. Onların vəziyyətdən xəbərsiz olduqları bildirilib.