Bu gün İranın Hörmüzqan əyalətinin Sərgez şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla səhər saat 00:38-də 22 kilometr dərinlikdə qeydə alınıb.
Bildirilib ki, zəlzələ Bəndər Abbas şəhərində də hiss olunub.
Daha sonra saat 01:14-də bölgədə 3,9 bal gücündə ikinci zəlzələ meydana gəlib.
Hazırda insan itkisi və ya dağıntı barədə rəsmi məlumat verilməyib./BAKU.WS