Medianews.az
Venesuelada zəlzələ
130 baxış

Venesuelada zəlzələ qurbanlarının sayı ARTDI

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5278 nəfərə çatıb.

Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Hökumətin gündəlik hesabatından məlum olur ki, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb. 190 tikili tamamilə dağılıb, 856 obyektdə isə ciddi zədələnmə qeydə alınıb.

Axtarış-xilasetmə işləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, 41 069 nəfər tibb müəssisələrində yardım alıb. 128 324 ailəyə dəstək göstərilib, 23 587 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib, zərərçəkənlərə isə 10 964,97 ton ərzaq çatdırılıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.//Trend

Bizə qoşulun