Bəhreynin Daxili İşlər Nazirliyi İrana casusluqda şübhəli bilinən dörd nəfərin tutulduğunu açıqlayıb.
Medianews.az-ın məlumatına görə, nazirlik daha bir nəfərin axtarışda olduğunu qeyd edib.
Məlumata görə, sözügedən beş nəfər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tapşırığı ilə Bəhreyndə strateji və mühüm obyektlərin koordinatlarını müəyyənləşdirmək məqsədilə yüksək dəqiqlikli foto avadanlıqları ilə çəkiliş aparıblar.
Rəsmi açıqlamada deyilir ki, casusluqda şübhəli bilinən şəxslər topladıqları materialları şifrələnmiş proqram təminatı vasitəsilə İrana göndərə biliblər.