Medianews.az
“İnter”dən diqqətçəkən
79 baxış

“İnter”dən diqqətçəkən transfer

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

Medianews.az xəbər verir ki, Milan təmsilçisi “Brügge”dən Aleksandar Stankoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“İnter” bu transfer üçün Belçika klubuna 23 milyon avro ödəyəcək.

Serbiyalı keçmiş futbolçu Deyan Stankoviçin oğlu olan dayaq yarımmüdafiəçisi "İnter"in yetirməsidir. O, 2025-ci ildə “İnter”dən “Brügge”yə keçmişdi./Qol.az

Bizə qoşulun