İtaliyanın "İnter" klubu daha üç futbolçu ilə yollarını ayırıb.
Medianews.az xəbər verir ki, Milan təmsilçisi Françesko Açerbi, Matteo Darmian və Stefan de Vreylə vidalaşdığını açıqlayıb.
Bildirilib ki, hər üç müdafiəçi klubdan azad agent kimi ayrılıb.
Açerbi 2022-ci ildən "İnter"in formasını geyinirdi. O, Milan klubunun heyətində 2 dəfə İtaliya çempionu, 2 dəfə İtaliya kubokunun, 2 dəfə isə İtaliya Superkubokunun qalibi olub.
De Vrey 2018-ci ildən, Darmian isə 2021-ci ildən "İnter"də çıxış edirdi. Hər iki futbolçu "neradzurri"nin heyətində 3 dəfə A Seriyasının, 3 dəfə İtaliya kubokunun və 3 dəfə İtaliya Superkubokunun qalibi adını qazanıb.
Xatırladaq ki, "İnter" bu gün qapıçı Yan Zommerin də başa çatan müqaviləsinin yenilənmədiyini açıqlamışdı./Qol.az