Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda səhər saatlarında 5,6 bal gücündə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, zəlzələdən sonra seysmoloq, professor Şener Üşümezsoyun təxminən iki həftə əvvəl Battalqazi fay xətti ilə bağlı səsləndirdiyi xəbərdarlıq yenidən gündəmə gəlib.
Onun şəxsi “YouTube” kanalında yayımlanan çıxışında Battalqazi xəttinə diqqət çəkdiyi məlum olub.
Üşümezsoy bildirib ki, 2020-ci ildə Sivricedə baş verən 6,8 bal gücündə zəlzələdən sonra bölgədə müəyyən gərginlik qalıb. Onun sözlərinə görə, Pötürgə fay xəttində tam qırılma baş vermədiyi üçün həm burada, həm də Battalqaziyə doğru uzanan hissələrdə yeni zəlzələlərin baş verməsi ehtimalı var idi.
Mütəxəssis qeyd edib ki, Pötürgə fayına paralel uzanan Battalqazi xəttində aktivlik müşahidə olunur və bu ərazidə hələ də seysmik gərginlik qalır.