Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, bununla bağlı Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00), 7,03 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin episentri Battalqazi rayonu olub. Təkanlar Diyarbəkir, Qaziantep, Kahramanmaraş, Hatay və Adana daxil olmaqla ətraf vilayətlərdə də hiss edilib.
Zəlzələdən sonra qısa müddətli təşviş yaşanıb, bir çox sakin evlərini tərk edərək açıq ərazilərə çıxıb.
Kandilli Rəsədxanası isə zəlzələnin dərinliyini 4,4 kilometr olaraq ölçüb.