Medianews.az
İkardinin "Qalatasaray"dan tələbi bilindi:
119 baxış

İkardinin "Qalatasaray"dan tələbi bilindi: Yeni şərtləri var

Argentinalı hücumçu Mauro İkardi ilə "Qalatasaray" arasında yeni müqavilə danışıqları hələ də yekunlaşmayıb.

Medianews.az xəbər verir ki, müqavilə müddəti iyunun 30-da başa çatan və hazırda azad agent statusunda olan 33 yaşlı futbolçuya İstanbul təmsilçisi tərəfindən illik 5 milyon avro maaşla 1+1 illik yeni müqavilə təklif olunub. Lakin Mauro İkardi bu təkliflə razılaşmayıb.

Bildirilir ki, təcrübəli hücumçu klubdan 2 illik müqavilə və mövsümə görə 7 milyon avro əməkhaqqı istəyir.

Məsələnin həlli üçün futbolçunun meneceri Elio Pinonun yaxın günlərdə "Qalatasaray"ın prezidenti Dursun Özbəklə görüşü planlaşdırılır. Tərəflərin həmin görüşdə ortaq məxrəcə gəlməyə çalışacağı qeyd olunur.

Hazırda danışıqlar davam edir və Mauro İkardinin karyerasını "Qalatasaray"da davam etdirib-etdirməyəcəyi keçiriləcək görüşdən sonra müəyyənləşəcək.//Milli.Az

Bizə qoşulun