İtaliyada 7 yaşlı oğlan uşağı hovuzda boğulub. Hovuzun su axıdıcı borusu uşağı çəkib.
Medianews.az xəbər verir ki, faciə Latsio bölgəsindəki termal kurortda, valideynlərinin gözü qarşısında baş verib. Onu yalnız nasos dayandırıldıqdan sonra çıxarmaq mümkün olub, lakin tibbi yardım nəticə verməyib.
İlkin araşdırmaya görə, hovuzun su çıxışında qoruyucu barmaqlıq olmayıb. Uşağın atası kurort rəhbərliyinin hadisədən sonra barmaqlığı yerinə qaytararaq izləri ört-basdır etməyə çalışdığını iddia edir. Prokurorluq işi araşdırır, dörd nəfər – kurort administrasiyası əməkdaşları və texniki işçilər übhəli qismindədir.
Medianews.az


