Medianews.az
Həkimdən tövsiyə:
84 baxış

Həkimdən tövsiyə: səhər yeməyinə bunu əlavə edin

Kardioloq Sara Aleksander səhər yeməyinə avokadonun əlavə edilməsini tövsiyə edib.

Medianews.az xəbər verir ki, o, bu meyvənin ürək-damar sağlamlığına müsbət təsir göstərdiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, avokado xolesterin səviyyəsini azaldır və arterial təzyiqin normallaşmasına kömək edir. Araşdırmalara əsasən, həftədə ən az iki porsiya avokado qəbul edən insanlarda ürək-damar xəstəliklərinə daha az rast gəlinir.

Avokadonun faydası onun tərkibində olan bitki sterolları, antioksidantlar, E vitamini və digər faydalı maddələrlə izah olunur. Bundan əlavə, meyvə liflərlə zəngindir və kalium tərkibi sayəsində orqanizmdə təzyiqin tənzimlənməsinə kömək edir.

Həkimlər avokadonun müntəzəm, lakin ölçülü şəkildə qidalanmaya daxil edilməsini tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun