Gürcüstanın Milli Statistika Xidməti 2025-ci il üzrə inflyasiya hesabatı yayıb.
Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, il ərzində istehlak qiymətləri 4 faiz artıb. Ərzaq və spirtsiz içkilərdə bahalaşma 8,8 faiz, səhiyyə xidmətlərində 7 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 6,9 faiz, spirtli içkilər və tütün məmulatlarında 4,4 faiz, təhsil sahəsində 2,1 faiz göstərilir.
Qeyd olunur ki, rabitə xidmətləri 4,7 faiz, istirahət və mədəniyyət xidmətləri, həmçinin mebel və məişət əşyaları 1,6 faiz, nəqliyyat xidmətləri 0,6 faiz, kommunal xidmətlər 0,3 faiz ucuzlaşıb.