Medianews.az
Gürcüstanda Yeni il ağacı alışıb yandı -
114 baxış

Gürcüstanda Yeni il ağacı alışıb yandı - VİDEO

Gürcüstanın Qardabani şəhərində Yeni il ağacı yanıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Yeni il ağacının işıqlarının təntənəli yandırılma mərasimi zamanı baş verib.

Alov bir neçə saniyə ərzində bütün ağacı əhatə edib. Güclü yanğın nəticəsində Yeni il ağacı toplaşanların gözü qarşısında tamamilə yanaraq kül olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunur ki, ötən il Qardabanidə quraşdırılmış Yeni il ağacını isə külək aşırmışdı.

Bizə qoşulun