Medianews.az
Gündə bir alma yeməyin
437 baxış

Gündə bir alma yeməyin FAYDASI

"Gündəlik pəhrizinizə bir alma daxil etmək bədəninizdə bir sıra müsbət dəyişikliklərə səbəb olacaq".

Medianews.az xəbər verir ki, bunu diyetoloq Valeria Qulartın deyib. 

Onun sözlərinə görə, gündə bir alma yeyən insanların şəkərli diabet və ürək və damar xəstəliklərinə tutulma riski azalır, çünki onların tərkibindəki lif qanda xolesterinin səviyyəsini normallaşdırmağa kömək edir.

"Almalar mədə ağrılarını aradan qaldıra bilər və qastritlə mübarizə aparmağa kömək edə bilər, çünki onlar gel rolunu oynayır. Bu meyvə neyrotransmitter asetilkolin istehsalını artırır və deməli, Alzheimer xəstəliyi riskini azaldır", - həkim əlavə edib. Bundan əlavə, o deyir ki, alma bir neçə növ həzm xərçəngi riskini azaldır, qocalmanı ləngidir və ağız sağlamlığını yaxşılaşdırır.

Medianews.az 

Bizə qoşulun