Medianews.az
Göyərtəsində 116 nəfər olan gəmi qəzaya uğrayıb
219 baxış

Göyərtəsində 116 nəfər olan gəmi qəzaya uğrayıb

MV BARIMA bərəsi Şimal-Qərb rayonuna (Barima-Waini bölgəsi) gedərkən Qayana sahillərində aşıb.

Bu barədə ictimai məsələlər naziri Xuan Edgxill bildirib.

Onun sözlərinə görə, gəmidə təxminən 116 nəfər olub, onlardan səkkizi xilas edilib. Axtarış-xilasetmə işləri davam edir.

"Hazırda aktiv axtarış-xilasetmə əməliyyatı davam edir və biz onların təhlükəsizliyi üçün dua edirik", - o deyib.

İlkin məlumatlara görə, gəmi paytaxt Corctaundan Port-Kaytumaya gedirmiş. Xilasedicilər gəmidəkilər siqnal raketlərini yandırdıqdan sonra gəmini tapa biliblər./Report

Bizə qoşulun