Medianews.az
    Dünya çempionatı FIFA-ya 15 milyard dollar qazandırdı
398 baxış

Dünya çempionatı FIFA-ya 15 milyard dollar qazandırdı

Bu yay keçirilən dünya çempionatından FIFA-nın rekord məbləğdə gəlir əldə etdiyi açıqlanıb.

Medianews.az bildirir ki, ali futbol qurumu turnirdən ümumilikdə 15 milyard dollar (təxminən 25,5 milyard manat) gəlir götürüb. Bu göstərici əvvəlcədən proqnozlaşdırılan 11 milyard dolları əhəmiyyətli dərəcədə üstələyib.

Gəlirin əsas hissəsinin VIP paketləri və biletlərin, xüsusilə ikinci bazarda yüksək qiymətlərlə satılması hesabına formalaşdığı bildirilir. FIFA bu satışlarda həm alıcıdan, həm də satıcıdan 15 faiz komissiya tutur.

Qeyd edək ki, İspaniya – Argentina finalı üçün satışda qalan VIP biletlərinin bir nəfərlik qiyməti 34 500 dollar (təxminən 58,6 min manat) təşkil edir.

Bizə qoşulun