ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bu gün keçiriləcək final oyunu ilə başa çatacaq.
Medianews.az bildirir ki, Argentina millisi İspaniya yığması ilə üz-üzə gələcək. Nyu-Yorkdakı “MetLife” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Final öncəsi komandaların start heyətləri də açıqlanıb.
Argentina: Martines, Montiel, Romero, L. Martines, Talyafiko, De Paul, Mak Allister, Entso, N. Qonsales, Messi, Alvares.
İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Ruis, Yamal, Olmo, Baena, Oyarzabal.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.