Medianews.az
    Azərbaycan millisi Avropa B Liqasını qazandı
385 baxış

Azərbaycan millisi Avropa B Liqasını qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin qalibi olub.

Medianews.az xəbər verir ki, milli finalda Latviya yığmasını 4:0 hesabı ilə məğlub edərək, B Liqasını çempion kimi tamamlayıb.

Komandanın heyətində Elşad Manafov 2, Orxan Məmmədov və Ramil Əliyev isə hərəyə 1 qol vurublar.

Yığma eyni zamanda qitə birinciliyinin A Liqasına yüksələrək növbəti mövsümdən Avropanın ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb. Bundan başqa, Elçin Qasımov turnirin ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib.

Bizə qoşulun