Medianews.az
Bir həftə öncə kanalda batan yeniyetmənin meyiti tapılıb
364 baxış

Bir həftə öncə kanalda batan yeniyetmənin meyiti tapılıb

İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində tapılıb.

Medianews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizə qoşulun