Medianews.az
Göyçayda bir nəfər kanalda batıb -
147 baxış

Göyçayda bir nəfər kanalda batıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Medianews.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan vətəndaş, 1995-ci il təvəllüdlü Abdullayev Ramin Elşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Qeyd edilib ki, əlavə məlumat veriləcək.

Bizə qoşulun