ABŞ dollarının zəifləməsi və birjalarda rekord yüksəlişlər fonunda maliyyə riskləri artmaqdadır.
Almaniyanın maliyyə sisteminə nəzarət qurumu olan BaFin xəbərdarlıq edir ki, bazarlar hazırda kövrək və qeyri-sabit vəziyyətdədir.
Qurum bildirir ki, investorlar müharibə və ticarət münaqişələri, həmçinin ölkələrin yüksək borcu kimi təhlükələri nəzərə almır. Süni intellekt sahəsindəki sürətli inkişafın uzunmüddətli olub-olmayacağı da hələ məlum deyil.
BaFin-in rəhbəri Mark Branson qəfil bazar enişlərinin mümkün olduğunu deyib. O, sosial mediada yayılan investisiya məsləhətlərinin də insanları daha riskli yatırımlara cəlb etdiyini vurğulayıb.
Sarvan Səmədoğlu,
Almaniya