Medianews.az
Gecə yemək yemək kökəldirmi? –
157 baxış

Gecə yemək yemək kökəldirmi? – Dietoloqdan cavab

Gecə saatlarında yemək yeməyin çəki artımına səbəb olub-olmaması çox müzakirə olunur. Bu mövzuya aydınlıq gətirilib.

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, dietoloqlar gecə yeməyin birbaşa kökəltmədiyini, əsas amilin gün ərzində qəbul edilən ümumi kalori olduğunu bildirir.

Lakin gec saatlarda ağır və yağlı qidalar qəbul etmək həzm sisteminə əlavə yük yaradır və yuxu keyfiyyətini pisləşdirə bilər. Bu da dolayısı ilə çəki artımına təsir göstərə bilər.

Mütəxəssislər axşam saatlarında yüngül qidalara üstünlük verməyi tövsiyə edir. Yoğurt, meyvə və ya az kalorili qəlyanaltılar daha uyğun hesab olunur.

Bizə qoşulun