"Hər şeydən əvvəl azarkeşlərə təşəkkürümü bildirirəm".
Medianews.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" oyunundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, komanda ilk oyundan məsuliyyətli olmalı olduqlarını başa düşüb:
"Futbolçularımı təbrik edirəm. İlk oyunda qalibiyyət vacib idi. Bir az oyun planı ilə bağlı narazılığım var idi. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Komanda da yeni transferlər var və adaptasiya üçün bizə vaxt lazımdır. Cavab oyununa da yaxşı hazırlaşmalıyıq.
Mən, həmçinin "Sabah"ı və "Zirə"ni də qazandıqları qələbələrə görə təbrik edirəm. Bu, ölkəmizə qazanılan əmsallar üçün də çox vacibdir", - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" (İslandiya) oyunu təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbyarnarvöllur" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.//Oxu.Az