Medianews.az
Gecə qəlyanaltıları sevənlərə
80 baxış

Gecə qəlyanaltıları sevənlərə xəbərdarlıq

 “Gecə saatlarında yemək vərdişi xroniki stresslə birləşdikdə bağırsaq sağlamlığına ciddi ziyan vurur”.

Medianews.az xəbər verir ki, bunu amerikalı terapevt Xarika Dadigiri deyib.

Onun araşdırmasına görə, stress altında olan insanlar gündəlik kalori qəbulunun dörddə birini saat 21:00-dan sonra yeyir və 1,7 dəfə çox hallarda qəbizlik və ishal yaşayırlar.

Mütəxəssis vurğulayıb ki, gecə yeməkləri yüksək stress fonunda bağırsaq pozğunluqlarının riskini 2,5 dəfə artırır. O, qida rejiminin sabit saxlanmasının vacibliyini qeyd edib və şirniyyatlardan tam imtina etməyə çağırmayaraq, onları günün əvvəlində yeməyi məsləhət görüb.

Medianews.az

Bizə qoşulun