Medianews.az
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
70 baxış

Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az bildirir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Goranboy sakinləri - 2002-ci il təvəllüdlü Ş.Xəlilova, 2020-ci il təvəllüdlü E.Xəlilova və 2023-cü il təvəllüdlü A.Xəlilova xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Onlara tibbi yardım edildikdən sonra evə buraxılıblar.

Bizə qoşulun