Azərbaycanlı boksçu Sərxan Əliyev “Çempionlar Gecəsi”ndə qazaxıstanlı Nurtas Ajbenov üzərində qələbədən sonra bildirib ki, doğma azarkeşlər önündə çıxış etmək ona əlavə motivasiya verib.
Medianews.az bildirir ki, o, rəqibinin güclü olduğunu, peşəkar və həvəskar boks arasında böyük fərqin olduğunu qeyd edib. Əliyev döyüşə yüksək səviyyədə hazırlaşdığını, fiziki durumundan razı qaldığını və döyüşü qələbə ilə başa vurduğu üçün sevindiyini bildirib.
Boksçu sonda Azərbaycan Boks Federasiyasının rəhbərliyinə, məşqçilərinə və təşkilatçılara göstərilən dəstəyə görə təşəkkür edib.