Medianews.az
Pakistanda radarlardan itən "Boeing" təyyarəsinin yeni
92 baxış

Pakistanda radarlardan itən "Boeing" təyyarəsinin yeni qalıqları tapılıb

Pakistanın Hərbi Dəniz Qüvvələri (HDQ) göyərtəsində beş ekipaj üzvünün olduğu, Şarca - Kəraçi marşrutu üzrə uçan "K2 Airways" aviaşirkətinə məxsus "Boeing 737-400" yük təyyarəsinin yeni qalıqlarını aşkar edib.

Bu barədə Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA) istinadən "Dawn" qəzeti məlumat yayıb.

Xəbərə əsasən, avialaynerin yeni fraqmentləri Ormara limanından 100 km aralıda, açıq dənizdə, suyun dibindən çıxarılıb. Qəzanın başvermə səbəblərini müəyyənləşdirmək üçün tapılan qalıqlar istintaq qrupuna təhvil veriləcək.

Məlumatda vurğulanır ki, hava və dəniz vasitələrindən əlaqələndirilmiş şəkildə istifadə edilərək, itkin düşən ekipaj üzvlərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, sözügedən nəqliyyat təyyarəsi çərşənbə axşamı Kəraçi liman şəhərindən 250 km qərbdə, Ərəb dənizi üzərində radarlardan itib./oxu.az

Bizə qoşulun