Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, boksçuların fiziki hazırlıq səviyyəsi yüksəkdir və federasiya bundan sonra da ölkədə peşəkar boks üzrə yarışların keçirilməsini davam etdirəcək.
Onun sözlərinə görə, Azərbaycan təmsilçilərinin əksəriyyəti olimpiya boksundan peşəkar boksa keçid edir və “Çempionlar gecəsi” onlar üçün vacib təcrübədir. Hüseynov qeyd edib ki, federasiyanın əsas məqsədi dünya səviyyəli peşəkar boksçular yetişdirməkdir və bunun üçün xüsusi strategiya hazırlanıb.
Federasiya rəsmisi əlavə edib ki, “Çempionlar gecəsi” artıq ikinci dəfə keçirilir və 2024-cü ildə təşkil olunan IBA Boks Gecəsi dünyada keçirilən 30 boks tədbiri arasında ilk üçlükdə yer alıb. O, yarışın 30-dan çox ölkədə canlı yayımlandığını da vurğulayıb.
Müşfiqə