Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yanğın hadisəsi baş verib.
Medianews.az bildirir ki, hadisə qəsəbədə yerləşən 19 nömrəli beşmərtəbəli yaşayış binasının şaxtasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb və alov tamamilə söndürülüb.//Oxu.Az