Fransa millisinin və Madrid "Real"ının hücumçusu Kilian Mbappe Zinəddin Zidanın yığmanın yeni baş məşqçisi olacağını bu barədə xəbərlər mediaya çıxmazdan bir neçə ay əvvəl bilirmiş.
Medianews.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Bildirilir ki, Mbappe ilə Zidan uzun illərdir bir-birini yaxından tanıyır və aralarında etimada əsaslanan münasibət formalaşıb. Mənbənin iddiasına görə, Zidanın Fransa millisində qarşısına qoyduğu əsas vəzifələrdən biri komandanın kapitanı Mbappenin tam etimadını qazanmaqdır.
Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ildən bəri məşqçi kimi fəaliyyət göstərmirdi. O, "Real"a rəhbərlik etdiyi dövrdə 11 titul, o cümlədən üç UEFA Çempionlar Liqası kuboku qazanıb.
Xatırladaq ki, Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında sonradan çempion olan İspaniyaya uduzub. Turnirdən sonra Didye Deşam baş məşqçi postunu tərk edib.
Medianews.az