Medianews.az
Keçmiş pols rəisi
158 baxış

Keçmiş pols rəisi vəfat etdi

Keçmiş polis rəisi Zakir Kərimov 77 yaşında vəfat edib.

Medianews.az xəbər verir ki, bu barədə onun həmyerliləri bildiriblər.

23 noyabr 1949-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulan  Z.Kərimov 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunub.

1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub, 1971-ci ildə oranı bitirib.
1973-cü ildə hərbi xidmətini başa vurandan sonra fizika müəllimi işləyib.
1975-ci ildə DİN-in Kəlbəcər rayon milis şöbəsində inspektor kimi işə başlayıb, 1978-ci ildə SSRİ DİN-in Akademiyasının qiyabi şöbəsinə daxil olub, elə həmin ildə də Ağdam rayon milis şöbəsinə siyasi məsələlər üzrə rəis müavini təyin olunub.

1983-cü ildə Moskva şəhərində polkovnik rütbəsi alıb.

Zakir Kərimov 1987-ci ildə Gədəbəy rayon milis şöbəsinin rəisi təyin olunub, 1989-cu ilə qədər həmin vəzifədə çalışıb.
1988-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlıların itkisiz çıxmasına çalışıb.
1989-cu ildə Quba rayonu milis şöbəsinə rəis təyin olunub, 1992-ci ilə qədər həmin vəzifədə çalışdıqdan sonra ehtiyata çıxıb.

2003–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin yanğından mühafizə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi işləyib.

2009-cu ildə Məşhəd və Kərbəla, 2019-cu ildə isə Məkkədə Ümrə ziyarətində olub.

Zakir Kərimov 27 iyul 2026-cı ildə Gürcüstanda 77 yaşında vəfat edib.//Modern.az

Bizə qoşulun