Medianews.az
Final öncəsi
83 baxış

Final öncəsi Messidən ETİRAF

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-dakı çıxışlarını və komandanın finala gedən yolunu dəyərləndirib.

Medianews.az-ın məlumatına görə, 39 yaşlı hücumçu bildirib ki, mundial başlamamışdan əvvəl Argentinanın titul uğrunda mübarizə aparacağına inanırdı.

"Düzünü desəm, turnirdən əvvəl də bu komandaya inanırdım. Bilirdim ki, yarımfinala qədər gedəcəyik və çempionluq üçün şansımız olacaq. İndi yenidən finaldayıq, bu inanılmazdır. Biz uzun illərdir bizə xas olan keyfiyyətləri göstərdik: keyfiyyətli futbol, sakitlik və oyunu düzgün oxuma bacarığı", – deyə Messi bildirib.

Qeyd edək ki, Messi ÇM-2026-da keçirdiyi 7 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə turnirin bombardirlər siyahısına başçılıq edir.

Argentina finalda İspaniya ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun