Medianews.az
Azərbaycanın tarixində ən uzun siyahıyaalınma
201 baxış

Azərbaycanın tarixində ən uzun siyahıyaalınma

2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək.

Medianews.az xəbər verir ki, bu, Azərbaycanın müstəqillik tarixində ən uzun siyahıyaalınma prosesi olacaq.

Dövlət müstəqilliyimiz bərpa olunandan (1991-ci il) bəri Azərbaycanda üç dəfə - 1999, 2009 və 2019-cu illərdə əhalinin siyahıyaalınması keçirilib.

İlk siyahıyaalınmada proses bir həftə (1999-cu ilin 27 yanvar-3 fevral tarixləri), sonrakı siyahıyaalınmalarda 10 gün çəkib (2009-cu ildə 13-22 aprel, 2019-cu ildə 1-10 oktyabr tarixləri).

2029-cu ildə əhalinin siyahıyaalınması prosesi bir ay (oktyabrın 1-dən 31-dək) davam edəcək.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun