Türkiyəli müğənni Edis yeni ev alıb.
Medianews.az xəbər verir ki, sənətçi İzmirin Çeşmə bölgəsinin Dalyan məhəlləsində yerləşən lüks villaya sahib olub. Məlumata görə, dənizə yaxın ərazidə yerləşən və Saqqız adasına mənzərəsi olan ev üçün Edis 1 milyon dollar (təxminən 47 milyon türk lirəsi) ödəyib.
Bildirilir ki, müğənni villanı aldıqdan sonra onun interyer dizaynı ilə şəxsən özü məşğul olub və dekorasiyanı öz zövqünə uyğun hazırladıb.
Edis sıx konsert proqramından sonra istirahət etmək üçün yeni evindən istifadə edəcək və yay mövsümünü də burada keçirəcək.
