Medianews.az
FİFA prezidentindən
78 baxış

FİFA prezidentindən Trampa hədiyyə: 10 ƏDƏD...

FİFA prezidenti Canni İnfantino ABŞ lideri Donald Trampa hazırda davam edən Dünya Çempionatının final oyununa 10 ədəd bilet hədiyyə edib.

Medianews.az xəbər verir ki, hədiyyə edilən biletlərin ümumi dəyəri 15 min dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, hazırda satışda qalan ən ucuz final biletinin qiyməti 12 min, ən bahalısı isə 42 min dollardır.

Hesabatda həmçinin Trampın müxtəlif şəxs və şirkətlərdən çoxsaylı idman yarışlarına biletlər aldığı da üzə çıxıb. Bunlar arasında ən bahalısı 50 min dollar dəyərində olan 10 ədəd Superboul (Amerika futbolu) biletidir.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-nın böyük finalı ABŞ-ın İst-Ruterford şəhərində baş tutacaq.

Medianews.az

Bizə qoşulun