Medianews.az
FİFA DÇ-2026-nın rəmzi komandasını açıqladı — Azarkeşlərin seçdiyi ən yaxşı "11-lik"
169 baxış

FİFA DÇ-2026-nın rəmzi komandasını açıqladı — Azarkeşlərin seçdiyi ən yaxşı "11-lik"

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə Dünya Çempionatı başa çatdıqdan sonra Beynəlxalq Futbol Federasiyası (FİFA) turnirin rəmzi komandasını açıqlayıb.

Demokrat.az xəbər verir ki, rəmzi "11-lik" FİFA-nın təşkil etdiyi azarkeş səsverməsinin nəticələrinə əsasən müəyyənləşdirilib. Siyahıda dünya çempionu İspaniya ilə yanaşı Argentina, Fransa, İngiltərə, Norveç və Kabo-Verde millisinin futbolçuları da yer alıblar.

DÇ-2026-nın rəmzi komandası:

Qapıçı:

Vozinya (Kabo-Verde)

Müdafiəçilər:

Pedro Porro (İspaniya)
Mark Kukurelya (İspaniya)
Lisandro Martines (Argentina)
Dayot Upamekano (Fransa)

Yarımmüdafiəçilər:

Rodri (İspaniya)
Cud Bellingem (İngiltərə)
Maykl Olise (Fransa)

Hücumçular:

Lionel Messi (Argentina)
Kilian Mbappe (Fransa)
Erlinq Haaland (Norveç)

Rəmzi heyətdə xüsusilə Kabo-Verde millisinin qapıçısı Vozinyanın yer alması futbol azarkeşlərinin diqqətini cəlb edib. Norveç millisinin ulduzu Erlinq Haalandın da hücum xəttində yer alması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatının finalında İspaniya əlavə vaxtda Ferran Torresin qolu sayəsində Argentinaya 1:0 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə dünya çempionu olub.

Bizə qoşulun