Medianews.az
Məşhur türk müğənni dənizdə yaşamağa başladı - Foto
195 baxış

Məşhur türk müğənni dənizdə yaşamağa başladı - Foto

Türk müğənni Koray Avcı şəhər həyatını geridə qoyaraq daha sakit yaşam tərzi seçib.

Olay.az xəbər verir ki, atasından yadigar qalan qayığında yaşayan Avcı, xüsusilə ilin müəyyən dövrlərində Göcekdə dənizlə iç-içə həyat sürür.

"Dünyadan uzaq, təkbaşıma yaşayıram. Kənd və şəhər sakinləri ilə sıx ünsiyyətdəyəm. Bəzən bazarda birlikdə alış-veriş edirik, bəzən də yaylaqda birlikdə çay içib yemək yeyirik. Bu mənim arzum idi və artıq gerçəkləşib", deyə sənətçi bildirib.

Bizə qoşulun