Əczaçı-biotexnoloq Mariya Zolotareva xarab və bakteriyalı ətin gizli əlamətlərini açıqlayıb və istehlakçıları diqqətli olmağa çağırıb.
Medianews.az xəbər verir ki, tməhsulu tanımaq üçün aşağıdakı amillərə diqqət yetirilməlidir:
Yapışqan səth: Təzə ət azca nəm olur, lakin sürüşkən olmur. Səthdəki yapışqan təbəqə bakteriyaların aktivliyindən xəbər verir.
Rəng dəyişikliyi: Təzə ətin kəsiyi tünd albalı rəngindən çəhrayıya çalır. Əgər ətin üzərində yaşılımtıl və ya boz rənglər yaranıbsa, bu, çürümə prosesinin başladığını göstərir.
Kif və ya "siçan" qoxusu: Bu kəskin qoxu piylərin parçalanması nəticəsində yaranır. Belə əti yemək qaraciyəri yükləyir, ürəkbulantısı və baş ağrısına, çox miqdarda qəbulu isə toksik hepatitə səbəb ola bilər.
Boşalmış struktur: Təzə ət bərk olur və sıxdıqda dərhal əvvəlki halına qayıdır. Əgər ət liflərə ayrılırsa və ya sıxılan yer bərpa olunmursa, parçalanma uzağa gedib.
Sarı və yumşaq piy: Piylərin saralması heyvanın xəstə olmasından və ya ətin düzgün saxlanmamasından xəbər verir. Belə ət mədə ağrısı və ishala yol açır.
Zolotareva ət alarkən təkcə rəng və qoxuya deyil, həm də onun teksturasına mütləq diqqət yetirməyi tövsiyə edir.
Medianews.az